Azərbaycandan 48,5 milyon dollarlıq neft məhsulları ixrac olunub

Samir Soltanov/AZADİNFORM. Cari ilin ilk 2 ayında Azərbaycandan 92 min 568 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 48 milyon 501 min ABŞ dolları olub. 

Bu barədə Azadinform-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. 

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 217 min 283 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri 107 milyon 7 min dollar təşkil edib.

18.03.2019 18:52 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo