Nazirlik Latviya universiteti ilə əməkdaşlığa başlayıb

Samir Soltanov/AADİNFORM. Yüksək ixtisaslı baytar həkimlərin hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyi Latviya Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb. 

Azadinform xəbər verir ki, bu barədə martın 18-də Bakıda keçirilən “Baytarlıq peşəsi üzrə tədris proqramının beynəlxalq standartlara uyğunlaşması” mövzusunda tədbirdə deyilib. 

Bildirilib ki, baytarlıq təbabəti ixtisası üzrə Latviya universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

18.03.2019 18:27 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo