Bu il ölkədən 2 milyard kubmetrdən çox təbii qaz göndərilib

Samir Soltanov/AZADİNFORM. Yanvar-fevral aylarında Azərbaycandan 2 milyard 19 milyon 599 min kubmetr təbii qaz ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, iki ayda ixrac olunan təbii qazın dəyəri 212 milyon 357 min ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 205 milyon 48 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 29 milyon 428 min dollar olmuşdu.

18.03.2019 18:16 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo