Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub

Samir Soltanov/AZADİNFORM. “Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub. 

Azadinform PFL-ə istinadən xəbər verir ki, yubiley qol Premyer Liqanın XXI turunun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran braziliyalı “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında 40-a çatıb. 

2012/2013 mövsümündən Ağdam klubunda çıxış edən R.Almeyda ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/2014 mövsümündə 6, 2014/2015 mövsümündə 3, 2015/2016 mövsümündə 9, 2016/2017 və 2018/2019 mövsümlərində 2, 2017/2018 mövsümündə 5 qol vurub. 

Qeyd edək ki, R.Almeyda ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.

18.03.2019 17:50 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo