Nar nömrə ilə xaricdə WhatsApp pulsuzdur

Adəm Abbaslı/AZADİNFORM. “Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Mobil operatorun istifadəçiləri “Nar” rominq ilə internet, “WhatsApp” vasitəsilə  pulsuz yazışma və səsli zəng əldə edirlər. Bütün abunəçilərini nəzərə olan “Nar” 4 müxtəlif rominq paketi təqdim edir.

Azadinform-un məlumatına görə, “Roaming 9” paketi 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” vasitəsilə yazılı mesajlar pulsuzdur. “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür. 

Qeyd edək ki, “Nar”ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində “Nar”ın rominq istifadəçilərinin sayı 174% artıb. 

Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R” göndərməklə əldə etmək olar.

 

18.03.2019 16:50 / Baxılıb: 263 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo