Bayram günü temperatur yüksələcək

Samir Soltanov/AZADİNFORM. “Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə edilir və sürəti 25-28 metrə bərabərdir. Güclü külək martın 19-da axşam saatlarında səngiyəcək”. 

Azadinform xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, martın 20-də mülayim şimal küləyi əsəcək: “Bakıda və Abşeron yarımadasında, o cümlədən regionlarda hava yağıntılı olacaq. Paytaxtda və yarımadada havanın hərarəti 9 dərəcəyə yaxın olacaq”. 

Direktor bildirib ki, martın 21-də ölkə ərazisində əsl yaz havası müşahidə ediləcək: “Respublika ərazisində hava yağmursuz olacaq, havanın hərarəti tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 12-14 dərəcəyə bərabər olacaq”.

18.03.2019 16:40 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo