Luis Suarez 15 gün oynamayacaq

Samir Soltanov/AZADİNFORM. İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Luis Suarez üç həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Azadinform xəbər verir ki, 32 yaşlı uruqvaylı hücumçu ötən gün “Betis”lə oyunda dizindən zədələnib. Bu səbəbdən uruqvaylı hücumçunun ən azı 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 

Qeyd edək ki, Suarez cari mövsümdə Kataloniya komandasının heyətində keçirdiyi 39 oyunda 21 qol vurub və 6 məhsuldar ötürmə edib.

18.03.2019 15:00 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo