KİVDF-nin Müşahidə Şurası müsabiqənin nəticələrini təsdiq edib

Adəm Abbaslı/AZADİNFORM. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının bu gün növbəti iclası keçirilib.

KİVDF-dən Azadinform-a bildiriblər ki, iclasda Fondun yaradılmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə keçirilmiş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri müzakirə edilib.

Fondun icraçı direktoru Vüqar Səfərli iclasın gündəliyi barədə məlumat verib. İcraçı direktor Fondun yaradılmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan edilmiş müsabiqənin 2019-ci il fevralın 1-dən martın 15-dək davam etdiyini bildirib. Vüqar Səfərli Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilən müsabiqəyə 54 KİV-dən 145 yazının təqdim olunduğunu, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq istiqamətlərin hər biri üzrə qaliblər elan edilib, ümumilikdə, 109 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

18.03.2019 14:20 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo