Qızlar futbolunda əlbəyaxa dava Video

Samir Soltanov/AZADİNFORM. 17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunda keçirilən Rusiya - İsveçrə oyununda futbolçular arasında dava düşüb. 

Azadinform xəbər verir ki, münaqişə ikinci hissədə rusiyalı Diana Pamen və isveçrəli Ella Lüştina arasında olub. Pamen Lüştinaya təpik vurub. Lüştina isə əvəzində onun başına yumruq zərbəsi endirib. Komanda yoldaşları davanın daha da böyüməsinə imkan verməyib. Hər iki futbolçu qırmızı kart alaraq meydandan qovulub.

 Qeyd edək ki, qarşılaşmanı 2:4 hesabı ilə İsveçrə yığması qazanıb. 



18.03.2019 14:10 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo