Gömrükdə 913 minə yaxın pirotexniki vasitələr müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, növbəti belə bir fakt Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən aşkarlanıb. İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912 989 ədəd pirotexniki vasitələr aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

18.03.2019 13:10 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo