Xətaidə qazla bağlı yaranan problem aradan qaldırıldı

Aygün Nəbiyeva / AZADİNFORM. Bu gün Xətai rayonunun bir hissəsində qazın verilməsində fasilə yaranıb. Sakinlər arasında yayılan məlumata görə, hadisəyə səbəb hardasa partlayışın baş verməsidir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxladıq. Qurumun rəsmisi Azadinform-a bildirib ki, faktiki olaraq hər-hansı bir məhdudiyyət yoxdur: “Dünən gecə saatlarından, yəni 01:00 radələrində “SOCAR-ın Qaz İxrac İdarəsi”nə məxsus magistral qaz kəmərində güclü qaz sızması ilə nəticələnən qəza baş verib. Buna görə də qaz təchizatında fasilə yaranıb. Və yaranmış fasilə, yəni qaz sızması səhər saat 07:00 radələrində aradan qaldırılıb. “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq, təbii qazın verilişinə saat 9-dan etibarən başlanılıb. Hazırda qaz təchizatında hər-hansı məhdudiyyət, fasilə yoxdur”.

 

18.03.2019 13:00 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo