ADU-da Çinin ümumxalq tədris gününə həsr olunmuş seminar keçirilib

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Ley Fen ilə ümumxalq tədris günü”nə həsr olunmuş “Çinli gənclərin vətənpərvərlik tərbiyəsində qəhrəman obrazı” adlı tələbə seminarı keçirilib.

Universitetdən Azadinform-a verilən xəbərə görə, Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çinin milli qəhrəmanı Ley Fenin cəmiyyət qarşısında fədakar xidmətlərindən söz açıb, onun yarım əsrdən çox müddətdə Çin gəncləri arasında nümunə olduğunu qeyd edib. Professorun sözlərinə görə, Ley Fen də Çin tarixinin Konfutsi, Sun Yatsen, Mao Tszedun və Den Syaopin kimi ən məşhur şəxsiyyətlərindən biridir. Ley Fen sosialist bazar iqtisadiyyatının inkişafı və islahatlarının hazırkı mərhələsində Çin cəmiyyətində dürüst, çalışqan, əməksevər və ideal insan nümunəsidir.

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Jin Çinvey Ley Fenin həyat və əmək şücaətlərindən bəhs edərək, onun vətənə, xalqa, yoldaşlarına münasibətdə səmimiyyəti və digər insanlara qarşı sadiqlik və məhəbbət kimi xüsusiyyətlərini qeyd edib.

Sonra Çin qəhrəmanının həyat və fəaliyyəti haqqında film nümayiş olunub.

18.03.2019 12:33 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo