WhatsAppın yaradıcısından Facebook xəbərdarlığı

Aygün Nəbiyeva / AZADİNFORM. “WhatsApp”ın yaradıcılarından biri olan Brayn Ekton (Brian Acton) maraqlı “tweet”i ilə gündəmə düşüb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, o ““Facebook”u silin. Artıq zamanı gəldi”, - deyə “tweet” atıb. Bu “tweet” 15 mindən çox retweet alıb. İzləyicilərin böyük qismi Ektona dəstək versə də, bəziləri isə “facebook”dan niyə əl çəkə bilməyəcəklərini anlatmağa çalışıb.

“Stanford Universiteti”ndə açıqlama verən Ekton, ilk olaraq tələbələrə çağırış edib. “Facebook”un gizlilik qaydalarını pozduğunu açıqlayan Ekton, “Facebook”un həyatımızdan silinməli olduğunu deyib.

 

18.03.2019 12:13 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo