Əfqanıstanda silsilə partlayışlar: 7 ölü, 3 yaralı

Əfqanıstanın Qəndəhar və Qəznə əyalətlərində partlayışlar baş verib.

Azadinform xəbər verir ki, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Məlumata görə, ilk partlayış Qəndəhar əyalətinin Ərqəndab bölgəsində baş verib. Nəticədə yerli polis idarəsinin rəhbəri və 3 dinc sakin həlak olub. Ölkənin mərkəzi hissəsində baş verən ikinci partlayış zamanı isə 3 hərbi qulluqçu həlak olub, daha 3 nəfər yaralanıb.

17.03.2019 16:19 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo