Zidan "Mançester Siti"nin futbolçusunu istəyir

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq karyerasını "Real"da davam etdirə bilər.

Azadinform-un "Daily Mirror"a istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 24 yaşlı hücumçunu komandasında görmək istəyir.

Sterlinqin İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatır. Transfermarktdə oyunçunun qiyməti 120 milyon avro göstərilib.

Qeyd edək ki, ingilis futboçu bu mövsüm "Mançester Siti"də 39 matçda 19 qol vurub, 10 qolun ötürməsini verib.

17.03.2019 16:03 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo