Lənkəranda bayram yarmarkası davam edir

AZADİNFORM. Martın 16-da Lənkəranda Novruz bayramı ilə əlaqədar ərzaq və yeyinti məhsullarının növbəti satış-yarmarkası keçirilib.

Azadinform “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb.

Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq ümumilikdə 35 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, meyvələr və şirələr çıxarılıb. Ekoloji təmizliyi ilə seçilən bu məhsulların qiymətlərinin bazar qiymətlərindən 20-25 faiz aşağı olmasını rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

Bayram yarmarkası mart ayının 20-dək davam edəcək.

16.03.2019 11:51 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo