Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib. 

Azadinform xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

15.03.2019 17:30 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo