Azərbaycan Prezidenti BMT baş katibinin xüsusi müşavirini qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib.

Azadinform xəbər verir ki, dövlətimizin başçısı Cefri Saksa VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi.

Cefri Saks VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdarlığını ifadə etdi və Forumda məmnunluqla iştirak etdiyini vurğuladı. O, Forumun əhəmiyyətinə toxunaraq orada regional və digər məsələlərlə bağlı səmərəli müzakirələr aparılmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğuladı.

Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, enerji siyasəti barədə danışıldı.

15.03.2019 13:15 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo