Pakistanda partlayış baş verib, ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin Pəncqur şəhərində bazarda baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Azadinform “Dunya News”ə istinadən xəbər verir ki, Çatkan bazarında izdihamlı küçənin kənarına park edilmiş motosikletdə gizlədilən əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində həmçinin yaxınlıqdakı 2 avtomobilə və 6 dükana da ziyan dəyib.

Hadisə yeri polis tərəfindən nəzarətə götürülüb, araşdırmalar aparılır. Hələlik partlayışın məsuliyyətini heç bir terrorçu təşkilat üzərinə götürməyib.

14.03.2019 21:48 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo