Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

AZADİNFORM. Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 169 ədəd avtomobil idxal edilib. 

Azadinform Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,4 dəfə artaraq 37-yə, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 4 707-yə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 397-yə, Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,6 dəfə artaraq 28-ə çatıb.

14.03.2019 21:36 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo