Windows sistemində boşluq aşkar edilib

"Kasperski laboratoriyası" “Windows” əməliyyat sistemində naməlum boşluq aşkar edib.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya “qurban”ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.

Bu boşluqdan istifadə etmək üçün kibercinayətkarlar şəbəkə hücumlarının həyata keçirilməsi proqramını yazıblar. Proqram “Windows 8” və “Windows 10” əməliyyat sistemlərini hədəf alıb.

Boşluq haqqında informasiya “Microsoft” şirkətinə göndərilib. ABŞ şirkəti artıq yeniləmə çıxarıb.

14.03.2019 20:26 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo