Almaniya Venesueladakı diplomatlarının sayını azaldır

Almaniya Xarici İşlər Nazirliyi Venesuelada həyat şəraitinin pisləşməsi, təhlükəsizliklə bağlı ciddi qayğılarla əlaqədar bu ölkədəki diplomatlarının sayını azaldıb.

Azadinform “Deutsche Welle”yə istinadən xəbər verir ki, XİN sözçüsü Venesuelada, o cümlədən Karakasda vəziyyətin getdikcə gərginləşdiyini qeyd edib. O, elektrik təchizatının hələ də bərpa olunmaması üzündən ərzaq və içməli su təminatında, tibbi xidmət sektorunda çətinliklərin olduğunu söyləyib.

Daha əvvəl arzuolunmaz şəxs elan edilmiş Almaniyanın Venesueladakı səfiri Daniel Kriner xarici işlər naziri Heiko Maasla görüşüb və Venesueladakı vəziyyəti müzakirə edib.

Xatırladaq ki, bu ayın əvvəlində Venesuela hökuməti Almaniya səfirini ölkənin daxili işlərinə qarışmaqda qınayaraq arzuolunmaz şəxs elan etmişdi.

14.03.2019 20:11 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo