Azərbaycan ilə Kamboca arasında siyasi məsləhətləşmələr keçirildi

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Respublikası və Kamboca Krallığı arasında Pnompen şəhərində siyasi məsləhətləşmələr keçirildi. 

XİN-dən Azadinform-a verilən məlumata görə, Azərbaycan nümayəndə həyətinə xarici işlər nazirinin müavini cənab Ramiz Həsənov, Kamboca nümayəndə həyətinə isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Oç Borit rəhbərlik etdilər. 

Görüşdə tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələri üzrə mövcud vəziyyəti müzakirə etdilər və bu xüsusda, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan addımlara dair fikir mübadiləsi apardılar. 

Həmçinin görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoqun aktivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə qarşılıqlı faydalı iqtisadi ticarət əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmalı addımlar ətrafında fikir mübadiləsi apardılar.

14.03.2019 18:55 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo