89 yaşında gəlin oldu - FOTOLAR

Aygün Nəbiyeva / AZADİNFORM. Türkiyədə yaşayan 89 yaşlı Halime Sibahinin 75 illik gəlinlik geyinmə xəyalını Tuzla Bələdiyyəsi reallaşdırıb.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, 9 uşaq, 15 nəvə sahibi olan Halime Sibahi əvvəlcə xına gecəsində ağlayıb, daha sonra isə gəlinliyini geyinərək çiçək buketini atıb. 1944-cü ildə Şükrü Sibahi ilə evlənən Halime həmin gün geyinə bilmədiyi gəlinliyini 75 il sonra geyinib. Tuzla Bələdiyyəsi tərəfindən həm gəlinlik, həm də xına paltarı hədiyyə edilən bu yaşlı qadının xına gecəsi oğlu Adnan Altının evində təşkil edilib.

14.03.2019 16:58 / Baxılıb: 222 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.03.2019
21.03.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo