Gürcüstan münaqişənin sülh yolu nizamlanmasını dəstəkləyir

AZADİNFORM. “Azərbaycan-Gürcüstan əlaqələri ümumi maraqlara uyğun inkişaf edir. Ölkələrimiz həm strateji, həm iqtisadi tərəfdaşdırlar”. 

Azadinform xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq prezidenti, Gürcüstan İctimai Elmlər İnstitutunun (GİPA) professoru Giorgi Marqvelaşvili söyləyib. O qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev birgə inkişaf etdirdiyimiz formatlardan danışdı: “Mən xüsusilə nəqliyyat və energetika məsələləri ilə bağlı formatları qeyd etmək istərdim. Yaxın gələcəkdə TAP layihəsi fəal fazaya keçəcək. Bu layihə nəinki regionun, o cümlədən cənubi Avropanın enerji problemlərini həll edəcək”. 

“Çoxəsrlik əlaqələrimiz var. Görkəmli siyasi xadimlər Heydər Əliyev və Eduard Şevarnadze bu münasibətləri inkişaf etdiriblər. Onlar birlikdə bu regionu inkişafa aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik”, - deyə sabiq prezident əlavə edib. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən professor bildirib ki, Gürcüstan hər zaman münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyir.

14.03.2019 15:05 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo