Tereza Mey: Azərbaycanla qarşılıqlı etimada söykənən əməkdaşlığı davam etdirəcəyik

“İki strateji enerji tərəfdaşı kimi Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlıq uzun onilliklər boyu davam edəcək”. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin VII Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində deyilir. Müraciəti Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts oxuyub. T.Mey qeyd edib ki, Birləşmiş Krallıq və Azərbaycan 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən daha davamlı və dərin əlaqələr yaradıb, münasibətləri inkişaf etdiriblər: “Mən ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevi Londonda salamlamaqdan şad oldum. Biz onunla geniş məsələləri müzakirə etdik və SOCAR ilə BP arasında hasilatın bölgüsü haqqında altı sazişin imzalanması mərasimində iştirak etdik. Bizim strateji enerji tərəfdaşlığı qismində əməkdaşlığımız qarşılıqlı inkişafa və təhlükəsizliyə mühüm töhfə verir və uzun onilliklər ərzində davam edəcək. Biz, həmçinin bir çox digər sahələrdə birgə çalışırıq. Biz qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlığı davam etdirəcəyik”. 

Müraciətdə o da bildirilir ki, Qlobal Bakı Forumunda qlobal siyasəti dəyişən problemlərə baxılacaq və forum sabiq, fəaliyyətdə olan və gələcək liderlər arasında dialoq və qarşılıqlı anlaşmaya kömək edəcək.

14.03.2019 13:48 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo