Apteklərdə müayinə məsələsinə qadağa qoyulmalıdır

Aygün Nəbiyeva / AZADİNFORM. Gözlərində hansısa problemi olanlar və ya zəifləyənlər bir çox halda həkimlərə üz tutur. Lakin bir sıra apteklər var ki, onlarda “Göz müayinəsi pulsuz” və yaxud “Göz müayinəsi+optik eynək 30 manat” kimi elanlarla qarşılaşırıq. Əslində isə gözün normal müayinəsi xəstəxanalarda müəyyən cihazlarla həyata keçirilir. Ancaq apteklərdə birbaşa həmin cihazları qoyub, müayinə aparanlar, eynək yazanlar da var.

 

Bəs belə yerlərdə müayinə olunmaq effektlidirmi? Xəstəxanalardakı müayinə ilə apteklərdəki müayinə eynidirmi?

 

Mövzu ilə bağlı oftalmoloq alim, peşəkar cərrah İlham Zərgərli Azadinform-un suallarını cavablandırarkən bildirib ki, ümumiyyətlə apteklərdə göz müayinəsi etmək düz deyil: “Yalan ya doğru, guya orada eynək satanlar özlərini optika üzrə mütəxəssis kimi qələmə verirlər. Amma çox vaxt onların heç tibbi savadı da olmur. Aptekdə refraktometr deyilən bir aparat qoyub, onunla aptekə eynək almağa gələnlərin başını “aldadıb” refraktometriya edirlər. Sonra da guya o müayinənin nəticəsinə istinadən eynək satırlar. Qeyd edim ki, bizim mərkəzdə bu işi xüsusi kurs keçmiş həkim-optometrist yoxlayır və eynək təyin edir”.

İ. Zərgərli əlavə edib ki, eynəklər müxtəlif olur: “Misal üçün, astiqmatizm aşkar edilirsə, belə pasiyent daha dərin və dəqiq yoxlanmalıdır və bu aptekdə oturan “mütəxəssisin” işi deyil. Bu səbəbdən də apteklərdə müayinə məsələsinə baxılmalı və qadağalar qoyulmalıdır”.

14.03.2019 12:42 / Baxılıb: 260 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo