Bizim əsas məqsədimiz Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqdır

Ləman Hüseynzadə / AZADİNFORM. “Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri və orada bir sıra rəsmilərlə görüşü, xüsusilə də humanitar sahədə bir neçə razılıqların əldə olunması hər iki ölkənin maraqlarına cavab verən addımlardır”.

Bunu Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, bundan sonra Fransa ilə münasibətlərimiz daha da geniş və möhkəm olacaq: “Çünki Fransa-Azərbaycan münasibətləri humanitar sahədə uzun illər ərzində çox yüksək səviyyədə olub. Fransada Azərbaycanla bağlı tədbirlər keçirilir, konsert və sərgilər təşkil edilir, Xocalı soyqırımına həsr olunmuş bir sıra kitabların təqdimatı olur. Bizim əsas məqsədimiz Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərini və reallıqlarını çatdırmaqdan ibarətdir. Bu mənada Mehriban xanım Əliyevanın Fransaya getməsi və orada baş tutan görüşlər də məhz bu məqsədə qulluq edir. Hesab edirəm ki, bunu müsbət bir addım kimi qəbul etmək olar”.

14.03.2019 12:28 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo