Siqareti tərgitmək üçün lazım olan qidalar

Aygün Nəbiyeva / AZADİNFORM. Ruh və bədən sağlamlığının baş bəlası olan siqaretin zərərlərini hər kəs bilir. Amma buna baxmayaraq yenə də istifadə edənlərin sayı artır. Dünyada və ölkəmizdə siqaretin ziyanlarına qarşı tədbirlər görülsə də, hələ də cəmiyyəti zəhərləməyə davam edir.

Araşdırmalara görə, bəzi qidalar siqareti atma prosesini daha asan keçirə bilməyinizə kömək edir.  

Azadinform həmin qidaları təqdim edir:

 

Yulaf əzməsi nikotin bağlılığını azaldır

Aparılan bir çox araşdırmalara görə, mütəmadi olaraq yulaf əzməsi yemək nikotinə olan bağlılığı azaldır. Amma yulaf əzməsini südlə birlikdə qarışdırıb yemək, daha çox kömək edir. Çünki süd içdikdən sonra siqaretin dadı olduqca pis olur. Beləliklə, siqaret ehtiyacınız da azalacaq.

 

Banan siqaretin bədənə verdiyi ziyanı azaldır

Banan tərkibindəki kalium və B vitamini sayəsində siqaret bağlılığını azaldan önəmli qidadır. Mütəxəssislər bildirirlər ki, həmçinin banan siqaretin sağlamlığa vurduğu ziyanları azaltmağa da kömək edir.

 

Nanə yeyin

Nanə tərkibindəki mentol sayəsində nikotinə olan ehtiyacı azaldır. Həm təzə, həm də quru olaraq nanəni mütəmadi olaraq yemək lazımdır.

 

Ən böyük dəstəkçilərdən biri də bitki çaylarıdır

Bitki çayları siqareti buraxma prosesində ən önəmli köməkçilərdən biridir.  Mütəxəssislər xüsusi ilə də qərənfil çayı məsləhət görürlər. Bundan başqa limonlu, çobanyastığı kimi çaylar da rahatladıcı təsiri ilə bu prosesi daha sakit keçirməyə kömək edir.

 

Təzə tərəvəzlər həm siqareti atmağa, həm də çəkiyə nəzarətə kömək edir

Təzə tərəvəzlər şirə halına gətirilib içildikdən sonra siqaret dadını pisləşdirir. Buna görə də onları qida rasionuna əlavə etmək həm siqareti buraxmaya, həm də siqareti buraxdıqdan sonrakı müddətdə çəkini nəzarətə almaq da önəmli seçimlərdən biri olacaq. 

 

C vitamini ilə zəngin olan meyvələri seçməlisiniz

Mütəmadi olaraq siqaret çəkənlərdə C vitamini olduqca aşağıdır. Bunun yerinə isə bədəndə nikotin və nikotin elementləri olur. Bu səbəbdən də qidalanmada mütləq portağal, limon, kivi, nar kimi C vitamini yüksək qidaları əlavə etmək lazımdır.

13.03.2019 11:55 / Baxılıb: 295 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo