Əvvəllər Yel çərşənbəsi necə keçirilirdi?

Aygün Nəbiyeva / AZADİNFORM. 

A Yel baba, Yel baba,

Tez gәl baba, gәl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dәn dağılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sәnә, gәl baba.



Xalq arasında “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi də tanınan Yel çәrşәnbәsi ilaxır çәrşәnbәlәrin üçüncüsüdür. İnama görә bu çәrşәnbәdә oyanan yel, külәk oyanmış suyu, odu hәrәkәtә gәtirir. Xüsusәn rayonlarda vә kәndlәrdә yaşayan insanların әkin-biçinindә, onların zәmilәrindә hәzin külәklәrin olması torpağın yavaş-yavaş oyanmasına işarәdir. Mәhz bu çәrşәnbә günü bütün evlәrdә tәmizlik işlәrinә başlanılır, yorğan-döşәk havaya atılır. Hәmçinin evlәrdә hәr tәrәf silinib, tәmizlәnir, palazlar, xalçalar çırpılır, şüşәlәr, pәncәrәlәr silinmәyә başlanılır. Ümumiyyәtlә isә insanlar külәyin insanlara xoş vә şirin tәəssüratlar gәtirәcәyinə inanırlar. 


Yel çərşənbəsi haqqında daha geniş məlumat əldə etmək üçün 66 yaşlı Gülzar nənəmizin (Gülzar İsmayılova) dediklərindən faydalandıq. O bildirdi ki, Yel çərşənbəsinin gəlişi o deməkdir ki, artıq təbiət oyanmağa başlayıb: “İndi bizim kənddə maşın bəzəyir, mahnı qoşub bayram keçirirlər. Əvvəl isə uzunqulaq bəzəyib kənddə qapı-qapı gəzərdilər. Uzunqulağın boynuna zınqrov taxardılar. Onun səsi də bütün kəndi götürərdi. Axşamdan ocaq qalanar, sabahadək yeyib-içər, deyib-gülər, əylənərdik. Hamı bir yerə toplanardı. İndi bayram əvvəlki kimi keçirilmir. Kəndin cavanları “keçəl-papaq” bəzənərdi. Hər qapıya gedər, yumurta istəyərdilər. Səhər lap tezdən, heç yerimizdən durmamış bir də baxardıq həyətdə “keçəl-papaq” gəzərdi. Axşama kimi hər evə gedər, 1-2 vedrə yumurta yığardılar. Sonra yığdıqları payları öz aralarında bölüşdürərdilər. İndikilər kimi maşın bəzəyib kəndə çıxmazdılar. Əvvəllər bayram gəlir deyəndə, uzunqulaq yiyələri hazırlanırdı. Təkcə Novruz günündə deyil, hər çərşənbədə pay yığardılar. Axşamdan bütün bunlara hazırlıq görərdilər. Yığdıqları bayramlıqları bölüşdürər, aradan 10 gün keçəndən sonra, bayramda bəzənən bütün “keçəl-papaq”lar yığışıb yenidən yeyib-içərdilər”.



Bayramda gördükləri tədarükdən danışan nənəmiz əlavə etdi ki, düzdü, əsas bayramda olduğu kimi olmasa da, azdan-çoxdan hazırlıq görülərdi: “Hər çərşənbədə yeməklər bişirilərdi. Heç kimin qazanı boş qalmazdı. Kimin nəyə gücü çatardı mütləq bişirərdi. Uşaqlara paltar alınardı. Düzdür, əvvəllər hazır paltar almaq imkanı olmasa da, parça alıb tikdirərdik. Qoca nənələr, yaxud da kimin qabiliyyəti var  paltar tikərdi. Kimisi artıq çərşənbələrdən, kimisi isə daha gec təzə paltarlarını geyinib bayramda çıxardı. Hər çərşənbədə gənclər odun toplayar ocaq qalayardı. Yemək isə əsasən, plov bişirərdik. Şirin çörəklər bizim vaxtımızda yox idi. Təkcə yekə bir qazan cemli şirinçörək bişirərdik. İlin, ayın axırında “Divə” getmək deyilən adətimiz var idi. Yəni qaranlıqda bulaq başına gedər, su gətirərdik. İndi isə buna əməl edən yoxdur. Fevraldan səməni cücərtməyə başlayardıq. İndi hər şey hazır şəkildə satılır. Amma əvvəllər günlər öncədən hazırlıq görərdik”.


12.03.2019 11:47 / Baxılıb: 885 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo