Niyə bəzi insanlar sevgini tapa bilmirlər?

Aygün Nəbiyeva / AZADİNFORM. “Niyə sevgimi tapa bilmirəm?”, - deyə düşündüyümüzdə bir çox suallar ortaya çıxır. Bəs bu sualları özümüzə də veririkmi? Araşdırmalar göstərir ki, sevgini tapmadığınızı düşünürsünüzsə, bəzi məsləhətlərə diqqət etmək lazımdır.

Azadinform həmin araşdırmanı təqdim edir:

 

Münasibəti ideallaşdırırsınız

Hər kəsin ideal münasibət anlayışı fərqlidir. Bəzən münasibətlərimizin filmlərdə, seriallarda, kitablarda gördüyümüz kimi olmasını istəyərik. Amma reallıq isə bunu demir. Çünki axtardığınız insan kitabdan gələn bir xarakter deyil, canlı bir insandır. Bu səbəbdən də yanlış edə bilərsiniz.

 

Özünüzə hörmət etməlisiniz

Özünüzə və digər insanlara hörmət etmək, romantika da daxil olmaqla münasibətin təməlidir. “Özünə hörmət etməyən birini həqiqətən də sevə bilərsinizmi?” deyə düşünməlisiniz. 

 

Bağışlayan deyilsiniz 

Hər kəs səhv edə bilər. Amma bəzən səhv etdikdə o səhvin bir daha təkrar etməyəcəyinizə əmin olduqdan sonra belə, güvəni geri qazana bilməzsiniz. Ümumiyyətlə isə başqaları səhv edərkən daha sərt oluruq, nəinki özümüz səhv etdikdə. 

 

Bir münasibət üçün hazır deyilsinizsə

Bəzən bir münasibət qurmadan öncə insanlar daha vacib, önəmli sıxıntıları ilə başa çıxmalı olur. Unutmamalıyıq ki, heç kimin həyatı eyni deyil.

 

Özünüzə diqqət edin

Ayrılığın əsas səbəblərindən biri də qarşı tərəfin eqoist olmasıdır. Bir insan yalnız öz ehtiyacları üçün düşünürsə, bu həqiqətən cütlüklər arasındakı sevgini yorar və bitirər.

 

11.03.2019 17:32 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo