Psixoloji travmalardan necə qurtulmaq olar?

Aygün Nəbiyeva / AZADİNFORM. Ailə yaxınının və ya dost-tanışların ölümünə şahid olmaq, ölümcül xəstəlik yaxud qəzayla qarşılaşmaq, ayrılıq və bu kimi digər anlar insanlara təsir edən travmatik hallardır. Bu tip hadisələrin ardınca həmin şəxs bəzi ruhi dəyişikliklərlə qarşılaşa bilər. Dəyişikliklər xüsusi ilə hadisədən sonrakı 3 gün içində, hətta aylar, illər keçdikdən sonra da başlaya bilər. Özündən asılı olmayaraq həmin anları tez-tez xatırlayar. Həmin travmatik hadisələrin yenidən təkrarlandığı kimi hiss edə bilər.

Həmin insanlar ətraf aləmdən uzaqlaşmağa başlayarlar. Özündə digər insanlar və yaxud dünya ilə bağlı davamlı olaraq “Mən pis insanam, insanlara güvənmək olmaz”, kimi mənfi inanclar formalaşar. Eyni zamanda travmatik hadisənin səbəb və nəticəsi ilə bağlı şəxsdə özünü və ya digər insanları günahlandıran düşüncələr yaranar. Qorxu, dəhşət, günahkarlıq və utanc kimi mənfi duyğular başlayar, xoşbəxtlik, sevgi kimi müsbət duyğuları isə yaşaya bilməzlər.  

Hətta özlərinə zərər verə bilərlər. Yuxusuzluqdan əziyyət çəkər, rahat yata bilməzlər.

 

Psixoloji travmalardan necə qurtulmaq olar? 

 

 

Psixoloqlar bildirir ki, öncəliklə travma yaşayan insan hadisəni dərk etməlidir. Mənfi duyğu və düşüncələrin azalması üçün tez-tez dostları ilə görüşməli, ətrafdakılarla vaxt keçirməyə davam etməli, işləməlidirlər.  

Digər tərəfdən isə ailə və yaxın dostları ilə neqativ düşüncələrini paylaşmaq insanı rahatladar. Mütəxəssislər qeyd edir ki, bunun üçün ayrıca dəftər tutmalı, düşüncələrini yazmalıdırlar. Bu üsul onları rahatladar. İdman etmək, musiqi ilə maraqlanmaq, şəkil çəkmək, bitki yetişdirmək və kitab oxumaq kimi “hobbi”lər həmin  şəxsin diqqətini başqa tərəfə çəkər.

 

 

Əgər bütün bunlar nəticə vermədikdə xüsusi yardım almalı, psixoloqa müraciət edilməlidir. Mütəxəssislər bildirir ki, travmalar həll edilə bilən məsələlərdir. Hipnoterapiya və psixoterapiya ən təsirli üsullardan biridir.

4.03.2019 16:40 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo