Qocalıq əlamətlərini dəridə azaltmaq mümkündürmü?

Aygün Nəbiyeva / AZADİNFORM. Vücudumuzun ən mühüm qoruyucusu üz dərimizdir. Dərimiz sağlamlığımız, gündəlik rejimimiz və xüsusilə də yaşımız haqqında ip ucu verir. Belə ki, üz dərimizə baxdıqda bütün bunları az-çox başa düşə bilərik. Araşdırmalar göstərir ki, bir neçə üsulla dərimizi yaşlanmaya qarşı qoruya bilərik.

Azadinform həmin üsulları təqdim edir:

 

Makiyaj edib etməməyinizdən asılı olmayaraq hər gün dərinizi təmizləyin 

Hamar və təmiz bir dəri üçün ən mühüm şərtlərdən biri, dərinin nəfəs almasıdır. Buna üçün dəri mümkün qədər çox “istirahət etməlidir”. Yəni bu yalnız makiyaj etməmək və ya onun təmiz silinməsi deyil. Makiyaj etmədikdə belə, üz dərisini eyni qaydada təmiz saxlamaq lazımdır. Çünki toz, çirkli hava və zərərli günəş işığı kimi mənfi təsirlər məsamələri qapayaraq, dərinin nəfəs almasının qarşını alır.

 

Dərinin nəm balansını qorumağa çalışın

Qırışlar, nəmini itirmiş dərini sevir. Belə bir problem yaşamamaq üçün, dərinizin nəm tarazlığını qoruyub saxlamağa çalışmalısınız. Gündə ən azı 2 litr su içməli, ilıq su ilə duş qəbul etməli və hər gün dərinizə uyğun kremlə qulluq etməlisiniz. Bu nəm balansını qorumağa kömək edir.

 

Göz ətraflarına xüsusi diqqət etmək lazımdır

Göz ətrafı üzümüzün digər bölgələrinə nisbətən daha incə təbəqəli dəridir. Bu səbəblə, yaşlanmanın ilk təsirləri adətən göz ətraflarında görünür. Bu qırışların qarşısını almaq üçün göz ətraflarına xüsusi diqqət göstərməliyik. Üzünüzə vurduğunuz kremi gözlərinizə tətbiq etməməli, ona uyğun xüsusi bir göz kremindən istifadə etməlisiniz. 

 

Yaşınıza və üz dərisinə uyğun məhsullar seçməlisiniz

Düzgün məhsulun seçilməsi qırışların qarşısını almaqda çox önəmlidir. Əgər 30 yaşdan yuxarısınızsa, məhsulların yaşlanma əleyhinə olmasına fikir verməlisiniz. 

 

İstifadə etdiyiniz məhsulun tərkibinə diqqət edin

Gözəlliyiniz üçün dərinizin sağlamlığından imtina etməməlisiniz. Dəriniz üçün zərərli kimyəvi maddələr olmayan, bitki mənşəli məhsullar seçiminiz sırasında olmalıdır. 

27.02.2019 16:07 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo