Rezidenturaya elektron ərizə qəbulunun vaxtı uzadılır

Samir Soltanov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi tərəfindən 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtı 28 fevral saat 23:59-dək uzadılır. 

DİM-dən Azadinform-a verilən məlumata görə, 2019-cu il 21 fevral saat 17:15-ə olan məlumata əsasən 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib.

41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.

21.02.2019 18:31 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo