Nar 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

Adəm Abbaslı/AZADİNFORM. “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Baza stansiyalarının sayını sürətlə artıran mobil operator hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. Aparılan təkmilləşmə işlərinin nəticəsi olaraq, “Nar” son 3 ayda ölkə ərazisində 355-dən çox 4G, 35-dən çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib.

“Nar”dan Azadinform-a verilən məlumata görə, hazırda mobil operatorun 4G baza stansiyalarının sayı 1700-ü, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb. 

Bölgələrə xüsusi diqqəti ilə seçilən mobil operator 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Hazırda 45-dan çox bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətləri ilə təmin etməkdədir. Mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. 

Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, “Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

20.02.2019 16:50 / Baxılıb: 305 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo