Sənədləri olmayan ov tüfəngi götürülüb

Samir Soltanov/AZADİNFORM. Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb. 

Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

20.02.2019 13:55 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo