Pişiyə miras ayırdı - 150 milyonluq sərvətdən - FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Dünən Fransız moda evi “Channel”in əfsanəvi sənət direktoru, alman dizayner Karl Lagerfeld 85 yaşında vəfat edib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, Karl Lagerfeldin Choupette adlı pişiyinə xeyli miqdarda miras qoyub-qoymadığı hər kəsin marağına səbəb olub. Belə ki, daha əvvəl pişiyini çox sevdiyini, “Əgər qanunlar icazə versəydi onunla evlənərdim”, - deyən Lagerfeldin vəsiyyətində pişiyinin də yer aldığı iddia edilir. 150 milyon sterlinq sərvəti olan Karl Lagerfeldin pişiyinə olan sevgisini hər kəs bilirdi. Dizaynerin daha əvvəl ətrafındakılara Choupetteinin də başqaları kimi mirasçısı olduğunu dediyi bildirilir. Almaniyada qanunlara görə, Choupette bu irsə bir vəqf vasitəsilə sahib ola bilər. Özəl şəxsi “Instagram” hesabı olan Choupettin 200 mindən çox izləyiciləri var. Bir növ sosial media əfsanəsi halına gələn bu pişik sahibi kimi bahalı həyat yaşayır. Pişiyin şəxsi mühafizəçisi, fərdi aşpazı və iki qulluqçusu var.

Qeyd edək ki, məşhur dizayner pişiyinə olan sevgisini göstərmək üçün “Love” adlı kolleksiya da hazırlayıb.

20.02.2019 12:28 / Baxılıb: 209 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo