İlham Əliyev: SOCAR Polymerin tam gücü ilə işə başlaması əlamətdar hadisədir

Adəm Abbaslı/AZADİNFORM. “SOCAR Polymer”in tam gücü ilə işə başlaması çox əlamətdar hadisədir.

Azadinform xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında deyib.

Dövlətimizin başçısı bildirib: “Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır. Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir”.

18.02.2019 15:57 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo