Kanadada neft daşıyan qatar relsdən çıxaraq aşıb

Kanadanın Manitoba əyalətində xam neft daşıyan qatar relsdən çıxıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, yük qatarının 37 sisterninin relsdən çıxaraq aşması nəticəsində xam neft qismən əraziyə dağılıb.

Hadisə Kanadanın ən yüklənən dəmir yol xətlərindən birində qeydə alınıb.

Zərər çəkənlər və ya yanğın barədə məlumat yoxdur. Kanada Dəmir Yolları İdarəsinin ekoloji bölməsi ərazini neftdən təmizləməyə başlayıb. Neftin nə qədər əraziyə yayıldığı açıqlanmır.

17.02.2019 13:11 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo