Ölkəyə qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb

AZADİNFORM. Ölkəyə qanunsuz yolla siqaret keçirilməsinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "VAZ-2105" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindəki örtüyün alt hissəsinə düzülmüş üzərində "Marlboro Edge" sözləri yazılan 2200 ədəd, üzərində Parliament Silver Blue" sözləri yazılan 400 ədəd, üzərində "R1" sözləri yazılan 200 ədəd siqaretlər və nəqliyyat vasitəsinin mühərrikindən 2400 ədəd üzərində "Qilzı papirosnıe" yazılan tütün doldurmaq üçün xüsusi kağız bükümlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

16.02.2019 12:45 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo