Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

16.02.2019 11:55 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo