Evə uğur və bərəkət gətirən çiçəklər

Aygün Nəbiyeva / AZADİNFORM. Bir çox insan evdə gül saxlamağı sevir. Araşdırmalar göstərir ki, güllər evi gözəl göstərməkdən əlavə, həm də uğur, sülh və xoşbəxtlik gətirir. Bu çiçəklər sizi rahatlatmaqdan başqa, həm də darıxdığınız yaz havasını evinizə gətirir.

Azadinform evə uğur gətirən çiçəkləri təqdim edir:

 

Pion 

Sədaqət, şans və şəfqəti təmsil edən pion, ev üçün ən yaxşı seçimlər sırasındadır.

 

Qərənfil

Mütəxəssislər evdə romantik hava yaratmaq üçün yataq otağında bu gülü saxlamağı məsləhət görür. Qərənfil romantik enerjini, eləcə də sülh və əmin-amanlığı əks etdirir.

 

Krizantem

Yapon gülü olan krizantem payız və qışda narıncı güllər açan, qışadavamlı güldür. Krizantem evə sevinc enerjisi və xoşbəxtlik gətirər. Stressdən uzaq qalmağa kömək edər və rahatlıq verər.

 

Orxideya

Orxideya çiçəkləri evdə sülh və sakitliyi təmin edir.

 

Zanbaq

Evə pul və bərəkət çəkmək üçün zanbaq çiçəyindən istifadə etmək olar.

 

Mimoza (Küsdüm gülü)

Küsdüm otu və ya küsdüm gülü kimi tanınan bu bitki kol bitkisidir. Elmi adı “Mimoza pudika” olan bu gülün vətəni Cənubi Amerika hesab olunur. Evdə saxlanılan mimozalar uğurlarınıza təsir edər və onu artırar. Xüsusi ilə də evdən kənarda, iş yerində mimoza çiçəyinə yer verməlisiniz.

15.02.2019 17:20 / Baxılıb: 392 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo