Türkiyədə terror hazırlığında olan dəstə həbs edilib

AZADİNFORM. Türkiyənin Adana şəhərində daha bir PKK terrorunun qarşısı alınıb.

Azadinform xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 24 nəfər şübhəli qismində saxlanılıb. Həbs edilənlərin terror hazırlığında olduğu bildirilir.

Mersin və Konyada isə sosial şəbəkələrdə PKK terror təşkilatını təbliğ və terrorçu fəaliyyət üçün açıq çağırışlar etdiklərinə görə 14 nəfər həbs olunub.

Bundan başqa, Şırnakın Cudi dağı bölgəsində PKK terror təşkilatına məxsus geniş düşərgə aşkarlanıb. Ələ keçirilən mağaralarda çoxlu sayda silah, sursat və ləvazimat tapılıb.

14.02.2019 14:31 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo