Liverpul Salahla bağlı Yuventusla razılaşıb İddia

Samir Soltanov/AZADİNFORM. “Liverpul” uzun müddətdir Mohammed Salahı istəyən “Yuventus”la razılaşıb. 

Azadinform xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. İddiaya əsasən “Yuventus” İngiltərə təmsilçisinin Salah qarşılığında istədiyi Dybala + 50 milyon avro təklifini qəbul edib. Dybalanın transfer qiymətinin 75 milyon avro olduğunu nəzərə alsaq, bu razılaşmanın məbləği 125 milyon avro olacaq. 

Qeyd edək ki, İtaliyanın idman qəzeti sayılan Tuttosport-un iddiasına əsasən Dybala bu transferə daxil deyil. Qəzetdə verilən məlumata görə “Liverpul” “Salah üçün “Yuventus”dan 160 milyon avro tələb edəcək. Ronaldonun Salahın transferini xüsusilə istədiyi də vurğulanmışdı.  

14.02.2019 14:00 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo