Sabah Bakıda yağış yağacaq

Samir Soltanov/AZADİNFORM. Sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

14.02.2019 13:20 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo