Münasibətlərdə ən çox mübahisə yaradan mövzular

Aygün Nəbiyeva / AZADİNFORM. Münasibətlərdəki mübahisələrin əksəriyyətinin səbəbi həmişə eynidir. Araşdırmalara görə, əgər davamlı olaraq mübahisə etdiyiniz mövzudan xəbərdarsınızsa, problemi həll etməyiniz daha da asanlaşar və münasibətinizdəki boşluğu aradan qaldıra bilərsiniz.

Azadinform münasibətlərdəki mübahisəli məsələlərin bir neçəsini təqdim edir:

 

“Dostlarınla daha çox vaxt keçirirsən”

Qısqanclıq münasibətlərə zərər verən ən vacib məsələlərdən biridir. Lakin bu bir vərdiş və ya öyrəşmək halına çevrilirsə, təhlükəli olur. Məsələn, əgər onu tez-tez axtarır və ya mesaj göndərirsinizsə, özünüzə “dur” deməli və bunun arxasındakı səbəblərlə üzləşməlisiniz. Kiçik addımlarla başlasanız, sevdiyiniz insanın da sizin bəyənmədiyiniz xüsusiyyətdən qurtulmaq üçün mübarizə etdiyinə şahidlik edəcəksiniz.

 

“Çox pul xərcləyirsən”

Araşdırmalar göstərir ki, davamlı olaraq gündəmə gələn maddi sıxıntılar mübahisəyə səbəb ola bilər. Qazancınızın normasını təmin etmək və saxlamaq cütlüklər arasında ən vacib məsələlərdən biridir. Mütəxəssislər bildirir ki, kredit borcları, kirayə, kommunal ödənişlər, mətbəx alış-verişi kimi məcburi xərclərdən sonra qalan pulu daha önəmli, daha vacib ehtiyaclarınızı həll etmək üçün sərf etməlisiniz.

 

“Evdə təmizləməkdə bərabər olmamaq”

Ümumiyyətlə, qadınlar kişilərə nisbətən daha çox ev təmizliyinə və səliqəsinə fikir verir. Amma bu hal münasibətlərdə partlama nöqtəsinə də gələ bilər. Belə ki, hər şeyi təmiz və səliqəli saxlamağa çalışan tərəf sevgilisinin öz qabını yumamasını və yaxud yatağı düzəltməməsini gördükdə üzülə, hətta əsəbiləşə bilərlər. Bu vəziyyətdə, etməniz olan ilk şey əsəblərinizi cilovlamaqdır. Siz ikiniz də səliqəli insan olmaya bilərsiniz, buna görə də ev dağınıqlığının onu narahat etməməsi çox normaldır.

 

“Niyə mənim etmək istədiklərimi etmirsən?”

Münasibətlərdə mübahisəyə gətirib çıxardığı digər bir məsələ isə qarşı tərəfin istədiklərinizi yerinə yetirməməsi və ya dəyər vermədiyi düşüncəsidir. Cütlüklər boş vaxtlarda adətən bir tərəfin istədiklərini yerinə yetirir. Belə olan halda qarşı tərəf öz istəklərini yerinə yetirə bilmir. Bu mövzuda aqressivləşib, məsələdən şikayət etmək yerinə, istəklərinizi gündəmə gətirin və birlikdə deyil, ayrı-ayrılıqda da vaxt keçirə biləcəyinizi deyin.

 

“Hər şeyi təkbaşına mən edirəm” 

Tərəflərdən birinin iş həyatı daha yorucu ola bilər. Uzun iş saatları, iclaslar, həftə sonuna salınan məsələlər, hətta evə gətirilən işlər... Bu isə digər tərəfdən təkbaşına uşaqlar və ya ev heyvanınız varsa, onunla məşğul olmaq deməkdir. Amma qarşı tərəf yorğun iş günündən sonra sizin şikayətlərinizi eşitmək istəməz. Belə hallarda sakit olmalı və onunla işlərin öhdəsindən necə gəlmək lazım olduğunuz haqqında danışın.

13.02.2019 16:40 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo