Yeni texnologiya plastik tullantıları neftə çevirəcək

Hər il dünyada sonradan tullantıya çevrilən milyonlarla ton plastik məmulat istehsal edilir. Məsələn, 2015-ci ilə olan məlumata görə, hər il 12,7 milyonadək ton plastik tullantı dünya okeanına düşür.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıblar.

Onun sözlərinə görə, emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.

Linda Van və onun həmkarları "hidrotermal mayeləşdirmə" adlı texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.

12.02.2019 20:46 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo