Lənkəran sakinində narkotik vasitə aşkarlanıb

AZADİNFORM. Lənkəran sakinində narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

12.02.2019 19:43 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo