Braziliyada futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib

Braziliyanın Rio-de-Janeyro şəhərində futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib.

Azadinform "Sport Mediaset"a istinadən xəbər verir ki, hadisə Braziliya D Seriyasında çıxış edən "Banqu" komandasının idman mərkəzində olub. Nəticədə iki futbolçu xəsarət alaraq xəstəxanaya aparılıb. Onların həyatları üçün təhlükənin olmadığı bildirilir. 

Qeyd edək ki, fevralın 8-də "Flamenqo" klubunun məşq bazasında yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər dünyasını dəyişib. 

12.02.2019 19:16 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo