FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyədə keçiriləcək

FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyənin İstanbul şəhərində keçiriləcək. 

Azadinform "Yeni Şafak"a istinadən xəbər verir ki, toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyanın başçılarının iştirakı ilə start götürəcək. İclasda FIFA yarışları və videotəkrar sistemi (VAR) başda olmaqla əsas gündəm maddələri müzakirə olunacaq. 

FIFA-nın 2018-2019 mövsümü üçün İcraedici Futbol Sammiti dekabrın 11-13-də Qətərin paytaxtı Dohada, yanvarın 15-17-də Mərakeşdə baş tutub. Növbəti iki sammit isə fevralın 13-15-də İstanbulda, fevralın 24-28-də isə İtaliyanın paytaxtı Romada olacaq. 

İclasdan sonra qurumun prezidenti Canni İnfantino fevralın 15-də mətbuat konfransı təşkil edəcək. 

Qeyd edək ki, FIFA-nın İcraedici Futbol Sammiti 2017-ci ilin noyabrında Bakıda keçirilib. 

12.02.2019 19:28 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo